Noyabrın 18-də Bakıda COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və «QS» Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə “Ali təhsildə dayanıqlılıq: Dayanıqlı universiteti necə idarə etməli?” mövzusunda panel sessiya keçiriləcəkdir.
Paneldə spiker qismində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Ekzeter Universitetinin Biznes və İnnovasiyalar üzrə direktoru Stuart Brocklehurst, Kembric Universitetinin İqlim təhsili üzrə direktoru Kristin Özden və Bolonya Universitetinin Kənd təsərrüfatı və qida siyasəti üzrə professoru Matteo Vittuari çıxış edəcək. Panel sessiya «QS»in vitse-prezidenti Ben Sauterin moderatorluğu ilə keçiriləcək.
On November 18, in partnership with QS Quacquarelli Symonds, the Ministry of Science and Education of the Republic of Azerbaijan and the State Agency for Science and Higher Education, the panel discussion «Sustainability in Higher Education: What Does It Take to Run a Sustainable University?» will take place during COP29 in Baku.
Ulkar Sattarova, Director of the State Agency for Science and Higher Education, Stuart Brocklehurst, Business Engagement and Innovation Director at Exeter University, Cristine Ozden, Director of Climate Education at Cambridge University and Matteo Vittuari, Full Professor of Agriculture and Food Policy at the University of Bologna will deliver a speech during the panel discussion and Ben Sowter, Senior Vice President at QS, will moderate the panel.
Comments are closed