27 dekabr 2024-cü il tarixində Azərbaycan Rəssamlıq Akademiyasının Elmi Şurasının hesabat iclası keçirilib.

Elmi Şuranın sədri Xalq rəssamı, professor Natiq Əliyevin sədirliyi ilə baş tutan iclasda akademiyanın cari və perspektiv fəaliyyətinə dair mühüm məsələlər müzakirə olunub.

İclasda tədris-köməkçi heyətinin attestasiyası ilə bağlı məlumat təqdim olundu. Professor-müəllim heyətinin 2024-cü il üzrə elmi-tədqiqat və yaradıcılıq fəaliyyətlərinin yekun hesabatı dinlənilib, 2025-ci il üçün planlar təsdiq edilib. Eyni zamanda I kurs magistr dissertasiya mövzularının müzakirəsi və təsdiqi həyata keçirilib. Fakültə Elmi şuralarının 2024-2025-ci tədris ilinin yarımillik hesabatları və magistr buraxılış işlərinin vəziyyəti haqqında məlumat verilib.

Bundan əlavə, 2023-2024-cü tədris ili üzrə monitorinqlərin nəticələri, qərarların icrası və sənədləşmə işləri barədə hesabat təqdim olunub. Payız semestrinin imtahan sessiyasına hazırlıq vəziyyəti müzakirə edilib. Həmçinin vakant vəzifələrə seçilən professor-müəllim heyətinin təsdiqi həyata keçirilib.

İclasın sonunda Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Elmi Şuranın sədri, Xalq rəssamı, professor Natiq Əliyev Şura üzvlərinə tapşırıq və tövsiyyələrini verib.

Tags

Comments are closed