ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Novruz düşərgəsi 2025“ təşkil olunub.Düşərgədə 2 mərhələ üzrə ümumilikdə 700-ə yaxın ittifaq üzvü olan müəllim və tələbələrin istirahəti təşkil olunmuşdu. 21-25 mart tarixlərini əhatə edən birinci mərhələdə paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün regionlarından gələn məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, eləcə də təhsil sahəsində çalışan şəhid və qazi ailələrinin üzvləri iştirak etmişdir.26-31 mart tarixlərində reallaşan ikinci mərhələdə 300-ə yaxın tələbə iştirak edib. Azərbaycan Rəssamlıq Akademiyasının sənətşünaslıq ixtisasının III kurs tələbəsi Şəbnəm Nəbiyeva, SABAH III kurs tələbələri Azər Əlizadə, Zəhra Ağayeva, Nuray İbrahimli, Dilbər Əkbərova düşərgənin birinci mərhələsində master klasslarda təlimçi kimi iştirak edərək, kiçik yaşlı iştirakçılara öz bilik və bacarıqlarını bölüşmüş, düşərgəyə yaradıcılıq ruhu bəxş etmişlər.







Comments are closed