Azərbaycan Rəssamlıq Akademiyasının «Akademik Rəngkarlıq və Kompozisiya» kafedrasının müəllimləri Əməkdar rəssam, professor Akif Kazımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Yusufov I kurs «Rəngkarlıq» ixtisası tələbələri ilə birlikdə İçərişəhərdə yerləşən Tahir Salahovun Ev Muzeyinə səfər ediblər. Muzey ekskursiyası zamanı tələbələr dünya şöhrətli rəssam Tahir Salahovun zəngin irsi, yaradıcılığı və sənət dünyası ilə yaxından tanış olublar. Əməkdar rəssam, professor Akif Kazımov tələbələrə rəssamın əsərləri, yaradıcılıq üslubu və onun Azərbaycan təsviri sənətindəki rolu haqqında geniş məlumat vermişdir. Bu səfər gənc rəssamlar üçün ilham mənbəyi olmaqla yanaşı, onların sənət baxışlarının formalaşmasına, o cümlədən peşəkar rəssam kimi formalaşmalarına mühüm töhfə vermişdir.




Comments are closed