Bu gün Azərbaycanın Əməkdar rəssamı Tələt Şıxəliyevin doğum günüdür.Təhsilini Əzimzadə adına Rəssamlıq məktəbində və Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində almış rəssam, «Abşeron qrupu»nun tanınmış üzvlərindən biri olub.“Güzgü ilə qız”, “Oğlumun portreti”, “Analıq”, “Həkimin qəbulunda”, “Qız qalası” kimi tabloları ilə tanınır. Uşaqlara dair yaratdığı əsərlərdə – “Qızım yatarkən”, “Uşaq və pişik” və s. – nağıl dünyasına həssas baxışı hiss olunur.T. Şıxəliyevin işləri Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda və muzeylərdə qorunur. Rəssam 1987-ci ildə vəfat edib.
Comments are closed