Bu gün Əməkdar rəssam, Sultan Məhəmməd mükafatı laureatı Ənvər Əsgərovun doğum günüdür.Ənvər Əsgərov yaradıcılığa monumental sənaye mövzularıyla başlasa da, sonralar diqqətini həndəsi natürmortlara yönəltdi. Sadə formalı, lakin dərinlikli əsərləri zamanla op-art üslubuna keçdi. Onun “Abşeronun Orqanı” adlı işi vaxtilə “Smena” jurnalının üz qabığını bəzəyib.Rəssamın əsərləri Azərbaycanda və xaricdə keçirilən sərgilərdə nümayiş olunub. Bu gün Ənvər Əsgərovun rəsmləri Azərbaycan və Rusiya muzeylərində, həmçinin İngiltərə, İsveçrə, ABŞ və Türkiyədəki şəxsi kolleksiyalarda yer alır.Ənvər Əsgərov 2014-cü ilin dekabrında dünyasını dəyişib, amma yaradıcılığı yaşayır.

Tags

Comments are closed