Azərbaycan Rəssamlıq Akademiyasının əməkdaşı, istedadlı rəssam Cəlal Ağayev 25–31 may 2025-ci il tarixlərində TÜRKSOY-un təşkilatçılığı ilə Ərzurumun İspir bölgəsində baş tutan Türk Dünyası Rəssamlar Simpoziumunda ölkəmizi uğurla təmsil edib.

Simpozium Ərzurumun 2025-ci il Türk Dünyası Turizm Paytaxtı elan olunması münasibətilə təşkil olunub. İştirakçılar Türk dünyası mifologiyasından ilhamlanaraq öz bənzərsiz üslublarında sənət əsərləri yaradıb. Tədbirdə yer alan rəssamların ərsəyə gətirdikləri əsərlər yeni açılan muzeyin ekspozisiyasına hədiyyə olunub.

Cəlal Ağayev simpozium çərçivəsində hazırladığı əsər ilə Azərbaycan təsviri sənətini uğurla təmsil etmişdir.

Tags

Comments are closed