Azərbaycan dili
Beynəlxalq Əlaqələr şöbəsi

Akademiyada digər şöbələrlə yanaşı «Beynəlxalq Əlaqələr» şöbəsi fəaliyyət göstərir. «Beynəlxalq Əlaqələr» şöbəsi Xarici ölkələrin ali məktəbləri, beynəlxalq təhsil mərkəzləri, fondları və.s ilə Akademiyanın əlaqələrinin yaradılması, onları rəsmiləşdirən sənədlərin layihələrini hazırlaması və bağlanmış müqavilələrin, sazişlərin həyata keçirilməsini təşkil edir. Misirin Helvan Universiteti ilə, Almaniyanın Berlin İncəsənət Universiteti ilə, Rusiyanın Surikov adına Moskva Dövlət Akademik institutu ilə, Repin adına Sankt-Peterburq Dövlət Akademik Rənkarlıq, Heykəltəraşlıq, Memarlıq İnstitutu ilə, Türkiyənin Mimar Sinan Güzəl Sanatlar Universiteti ilə əməkdaşlıq müqavilələri imzalanıb. Bundan başqa akademiyanın Kipr, Pakistan, İran, Latviya və digər ölkələrinin təhsil müəssisələri ilə əlaqələrin yaradılmasında Beynəlxalq Əlaqələr Şöbəsinin rolu böyükdür. Şöbənin həmçinin bu ölkələrin Azərbaycandakı səfirlikləri ilə əlaqə yaratmaqdadır. Bəzi xarici ölkələrdə (Şimali Kipr,Türkiyə, İran və s.) Azərbaycan və xarici tələbələri ilə birgə sərgilər keçirilir. Həmçinin xarici ölkələrdən qonaqlar qəbul edir, master-klasslar, simpoziumlar, beynəlxalq sərgilər təşkil edilir. ABŞ-ın, Almaniyanın, Misirin, Böyük Britaniyanın, İsrailin Azərbaycandakı səfirlikləri ilə birlikdə sərgilər təşkil olunmuşdur. Eyni zamanda Akademiyada təhsil alan tələbələrin təcrübə keçmək məqsədilə Xarici ölkələrin universitetlərinə səfərləri təşkil olunur. Onların dünya görüşlərinin artması və inkişafı üçün şərait yaradılır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yarandığı gündən burada müxtəlif xarici ölkələrdən- Rusiya Federasiyasından, Türkiyə Cümhuriyyətindən, İran İslam Respublikasından, Almaniya Federativ Respublikasından, Misir Ərəb Respublikasından, Şimali Kipr Türk Cümhuriyyətindən, Əfqanıstandan əcnəbi vətəndaşlar təhsil alırlar. Bu illər ərzində əcnəbi tələbələr müxtəlif beynəlxalq sərgilərdə, simfoziumlarda fəal iştirak edib, mükafatlara layiq görülüblər.

Xarici ölkə vətəndaşları qabiliyyət imtahanından keçərək Rəssamlıq Akademiyasına seçdikləri ixtisasa qəbul ola bilərlər. Hər bir əcnəbi vətəndaş ilk öncə 1 il «Hazırlıq» kurslarında təhsil almalıdır . « Hazırlıq » kurslarında qəbul imtahanlarına uyğun tapşırıqlar üzərində işləyirlər. Onlar rəsm, rəngkarlıq və kompozisiya üzərində çalışırlar. Rəsmdən-gips baş,rəngkarlıqdan-natürmort, kompozisiyadan isə seçdikləri ixtisasa uyğun tapşırıqları işləyirlər. Daha sonra bakalavr pilləsinə imtahan verərək qəbul olurlar.
Akademiyaya daxil olmaq istəyən xarici tələbələr hazırlıq kursunu bitirib, bununla bağlı sertifikat aldıqdan sonra buraya daxil ola bilərlər. Akademiyaya əcnəbi tələbələrin qəbulu bakalavr, magistr, aspirantura və doktorantura pillələri üzrə keçirilir.

Əcnəbi vətəndaşların qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:
1. 8 ədəd fotoşəkil (3x4 ölçüdə)
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
3. Orta təhili bitirmək haqqında şəhadətnamə
4. Tibbi arayış
5. QİÇS hgaqqında arayış
6. Müvafiq fakultələrə uyğun sənət( əl) işləri.