Bugün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində, Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri olmuş, Azərbaycan Respublikasının sabiq Xarici İşlər Naziri Həsən Həsənov ilə görüş keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tərbirlər çərçivəsində təşkil olunmuş görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev, Ümumi işlər üzrə prorektor Hacı Mail-zadə, Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Səlhab Məmmədov ilə yanaşı ADRA-nın professor-müəllim heyəti iştirak etmişdir. Həsən Həsənov tədbir zamanı Ümumilli Lider ilə bağlı xatirələrini və birgə çalışdığı zamanlarda yaşanan maraqlı məqamlardan bəhs etdi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Tags

Comments are closed