2023-cü il 17 noyabr tarixində, QGallerydə, Berlin İncəsənət Akademiyasının professoru İnqe Şmitin 2023-cü il, 10-14 aprel tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” ixtisası üzrə təhsil alan tələbələrə tədris etdiyi ustad dərslərin nəticəsi olaraq, tələbələrin əl işlərindən ibarət “İNİKAS” adlı yekun sərgi keçirilmişdir. Sərginin açılış mərasimində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, ADRA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi, Aparatının rəhbəri Niko Karstensen, ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə, həmçinin tələbələr və sənət nümayəndələri iştirak etdilər. Çıxış edənlər bu layihədən, bu cür ustad dərslərinin keçirilməsinin gənc rəssamların yaradıcılıq inkişafı üçün faydalarından danışıb, tələbələri qrup sərgisi münasibətilə təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Sərgi ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyət məsələlərinə böyük diqqət yetirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirildi.

Tədbirin məqsədi sənət və müttəfiqliyin əlçatanlığını göstərmək, emosiyaları artırmaq və tamaşaçıları rəssamların yaratdığı obrazlara cəlb etməkdən ibarətdi.

Sərgi 22 noyabr tarixinədək davam edəcək.

Tags

Comments are closed