Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “İncəsənət tarixi” kafedrasının təşkil etdiyi tədbir keçirildi.
Tədbiri “İncəsənət tarixi” kafedrasının dosenti Rayihə Məmmədli açıq elan edərək bu tədbirin əhəmiyyətini vurğuladı. Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin müxtəlif sahələrinin inkişafına göstərdiyi dəstək haqqında danışıldı və bu böyük qayğıdan, qarşılıqlı hörmətdən irəli gələrək sənətçilərimizin də Heydər Əliyev obrazına həsr etdikləri əsərlər haqqında geniş məlumat verildi.
Tədbirdə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Xəzər Zeynalov, ADMİU-nin “İncəsənət tarixi” kafedrasının müdiri Aslan Xəlilov, ADRA-nin “İncəsənət tarixi” kafedrasının professoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva, həmçinin ADRA-nın magistrantı Günel Zaur çıxış etdilər. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dünya miqyasında tanınan böyük siyasətçi olmaqla yanaşı, eyni zamanda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin böyük hamisi olduğunu vurğuladılar. Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi-mədəniyyət abidələrərimizə olan sevgi və məhəbbət Heydər Əliyevin öz doğma xalqına, torpağına, tarixinə olan sonsuz sevgi və məhəbbətdən qaynaqlandığı bildirdi. O da qeyd olundu ki, Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycan incəsənətinin müxtəlif sahələri özünün çiçəklənmə dövrünü yaşayırdılar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin mədəniyyətimizin müxtəlif sahələrində, o cümlədən ədəbiyyat, musiqi, təsvir incəsənət sahələrində gördüyü böyük işlər, qoyduğu təməllər bu gün də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulandı.






Comments are closed