2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının iki tələbəsinə Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATIAHI RK) birdəfəlik təqaüdü təqdim edilmişdir.
Təqüdü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev təqdim edərək, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən layihələrdən, bu sahəyə olan dövlət qayğısından, gənclərin bütün sahələrdə, o cümlədən elm-təhsil və mədəniyyət sahəsində qazandığı nailiyyətləri xüsusi vurğulayıb.
Tədbirin sonunda tələbələr onlara göstərilən dəstəyə görə, Azərbaycan Həmkarlar İttifaqına təşəkkür ediblər.

Tags

Comments are closed