29 noyabr ADRA-nın nəzdində fəaliyyət göstərən FD 2.34 daimi Dissertasiya şurasında 6215.01- “Təsviri sənət” ixtisası üzrə iki dissertasiya müdafiəsi keçirilmişdir.
Gülər Gülağa qızı Məmmədova “Heykəltaraşlıq abidələrinin şəhər mühitinin bədii formalaşmasında rolu (Bakı və Gəncə şəhərlərinin əsasında)” adlı Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir.
Növbəti dissertant Ulya Rövşən qızı Abdullayeva “Müasir Azərbaycan Heykəltəraşlığının inkişafında Cəlal Qaryağdının rolu” mövzusunda təqdim etdiyi Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi müsbət nəticə ilə yekunlaşmışdır.
Tədqiqatçılara bundan sonrakı elmi-yaradıcı fəaliyyətlərində uğurlar arzu edirik!



Comments are closed