Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və “QEYD – Sosial Maarifləndirmə” İctimai Birliyi birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyev İli çərçivəsində “Heydər Əliyev — Unudulmaz Lider 100” adlı xalça sərgisinin təqdimat mərasimi keçirilib.
06 dekabr tarixdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi zalında keçirilən mərasimdə Akademiyanın rektoru, xalq rəssamı, professor Natiq Əliyev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Vüqar İskəndərov, “QEYD – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov, YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri, fəal gənclər iştirak ediblər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qonaqlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi zalında dahi şəxsiyyət Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalarla tanış olublar.
Tədbirin rəsmi hissəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, professor Natiq Əliyev, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Vüqar İskəndərov, “QEYD – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Həmçinin İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğunu bildirib

Tags

Comments are closed