SABAH mərkəzi tərəfindən ADRA-nın Muzey Sərgi Kompleksində “Vizual sənətdə təfəkkür” mövzusunda SABAH qruplarının müəllim-tələbə heyəti üçün təlim keçirilib. Təlimdə multimedia rəssamı, Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Teymur Daimi mövzu ətrafında təqdimatla çıxış edərək tələbə və müəllimlərin maraq dairəsinə çevrilən “Vizual sənətdə təfəkkürün zəruruliyi”, “Müasir incəsənətin konseptual komponentinin qaçılmazlığı”, “Sənət əsərinin çoxluğu”, “Tamaşaçı həmmüəllif kimi” mövzular barədə ətraflı məlumat verib.

Təlim zamanı müəllifi olduğu əsərlərin təhlilini interaktiv formada aparıb və slaydlar vasitəsilə dinləyicilərin diqqətinə çatdırıb. Həmin əsərlərə dair tələbələri maraqlandıran suallar da cavablandırılıb.

Tags

Comments are closed