SABAH mərkəzi tərəfindən 15 dekabr tarixində ADRA-nın Muzey-Sərgi Kompleksində Rəssamlar İttifaqının üzvü, SABAH qruplarında müəllim kimi fəaliyyət göstərən Lalə Hüseynovanın təqdimatında “Dörd ünsür incəsənətdə” mövzusunda seminar təşkil edildi. Seminar ünsürləri özündə birləşdirən musiqili videoçarxla başladı. Rəssamlıq Akademiyasının tələbələri ilə yanaşı digər ATM-lərin SABAH qrupları tələbələrinin iştirakı ilə baş tutan seminarda dörd ünsürün insan həyatında rolu, incəsənətin bütün sahələrinə təsiri, inanclarda və milli ənənələrimizdə formalaşması və s. kimi mövzular müzakirə edildi. Daha sonra təlimçi slaydlar vasitəsilə özünün və digər rəssamların yaradıcılığında özünəməxsus yer tutan əsərlərin timsalında dörd ünsürün əhəmiyyətini qeyd edərək dinləyicilərin diqqətinə çatdırdı.






Comments are closed