18 yanvar 2024-cü il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yanğın hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi barədə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açıq elan edən ADRA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev çıxış edərək tədbirin nə dərəcədə əhəmiyyətli olduğunu əməkdaşlara çatdırıb. Keçirilən tədbirin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məqsədilə keçirildiyini bildirib.

Sonra ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə, İnzibati işlər üzrə prorektoru Elmira Səmədova, Mülki müdafiə qərargah rəisi Əhməd Panayev çıxış edərək fövqəladə hallar zamanı davranış qaydaları, dəm qazından zəhərlənmənin qarşısının alınması mövzuları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirin keçirilməsində əsas məqsəd işçi heyətini və tələbələri fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirmə, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə nail olmaq olmuşdur.

Tags

Comments are closed