25 Yanvar 2024-cü il tarixində Azərbaycanda keçirilən Özbəkistanın Elm, Mədəniyyət və İncəsənət Günləri çərçivəsində Özbəkistanın Xalq rəssamı, Rəssamlıq Akademiyasının akademiki, fəxri professoru Cavlyat Umarbekov və Özbəkistanın Xalq yazıçısı, “Təfəkkür” jurnalının baş redaktoru Erkin Nuriddinov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qonağı oldu.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasınının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov, Elmi və yaradıcılıq işləri üzrə prorektor Xalq rəssamı, professor Fuad Salayev və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev qonaqları qarşıladılar.
Səmimi görüş zamanı özbək qonaqlara akademiyanın fəaliyyəti, tədris proqramı, beynəlxalq əlaqələri və Rəssamlıq Akademiyasının fəaliyyəti barədə məlumat verilib.
Rektor professor Natiq Əliyev çıxışı zamanı iki ölkə arasında yaradıcılıq əlaqələrinin, tələbə-müəllim mübadilələrinin aparılması barədə məlumat bildirib.
Tərəflər, eyni zamanda əlaqələrin şaxələndirilməsi, gələcək əməkdaşlıq istiqamətlərinə dair təkliflər səsləndirib. Onu da qeyd edek ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Daşkənd Milli İncəsənət və Dizayn Universiteti ilə birgə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Cavlyat Umarbekov Azərbaycan Özbəkistan arasında birgə əməkdaşlığın önəmini vurğulayaraq bu görüşlərdə ADRA ilə əməkdaşlığın genişlənməsindən məmnunluq duyduğunu qeyd edib.
Qonaqlar səmimi görüşə görə ADRA rəhbərliyinə təşəkkürlərini bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.
Comments are closed