29 Yanvar 2024-cü il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında maarifləndirmə tədbiri keçirib.

Tədbirdə ADRA-nın əməkdaşları, FHN Dövlət Yanğın Nəzarəti və 3-cü ərazi Dövlət Yanğından Mühafizə Xidmətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nizami Fərəcov “Zəlzələ zamanı davranış qaydaları”, “İldırım boşalması”, “Məişətdə civə dağılması”, “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin”, “Məktəblərdə yanğın təhlükəsizliyi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı təhlükəsi” adlı slaydları təqdim edərək fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verib, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına saz vəziyyətdə olmasının vacibliyini qeyd edib.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ADRA əməkdaşlarına əyani olaraq nümayiş etdirilib. Yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər Mülki müdafiə qərargah rəisi Əhməd Panayevə təqdim olunub.

Tags

Comments are closed