“Elsevier” şirkəti tərəfindən tədqiqatçılar üçün “Scopus AI” – süni intellekt alətindən istifadə ilə bağlı vebinarlar keçiriləcəkdir.

Vebinarlarda iştirak edərək

•⁠ ⁠yeni biliklər qazana və ya tədqiqat sahəniz üzrə bilikləri dərinləşdirə bilərsiniz;

•⁠ ⁠fənlərarası əməkdaşlıq imkanları ilə tanış ola bilərsiniz;

•⁠ ⁠yeni və aktual tədqiqat imkanlarını və gələcək araşdırmalar üçün perspektivli sahələri müəyyən edə bilərsiniz;

•⁠ ⁠potensial tədqiqat tərəfdaşlarını və əməkdaşlıqları müəyyən edə bilərsiniz.

Vebinarlar 2 sessiyadan ibarətdir.

1-ci sessiya: Universitet (akademik) kitabxanaçıları və tədqiqatçılar üçün “Scopus AI” alətinin effektiv inteqrasiyası

📅 Tarix: 26 noyabr 2024

🕒 Vaxt: 13:00 (AZT)

Təlim dili: İngilis

🔗 Qeydiyyat:

https://webinars.elsevier.com/…/Effective-Scopus-AI…

Vebinarda Varşava Təbiət Elmləri Universitetinin kitabxanaçı və tədqiqatçıları süni intellekt alətindən istifadəyə dair təcrübələrindən bəhs edəcəklər.

2-ci sessiya: Azərbaycanlı tələbə və tədqiqatçılarla “Scopus AI” alətinin dərindən tədqiqi

📅 Tarix: 4 dekabr 2024

🕒 Vaxt: 16:00 (AZT)

Təlim dili: Türk

Təlimçi: Saide Sak

🔗 Qeydiyyat: https://elsevier.zoom.us/…/WN_7z6vI0BzS32FpJKDXz3nXg

Bu vebinarda “Gen AI” məlumatları ilə dəstəklənən nəticələrdən istifadə edərək məlumat axtarış prosesini sürətləndirmək üçün unikal funksiyalarla bağlı praktik üsullarla tanış olacaqsınız.

Tags

Comments are closed