Bu gün noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. 1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Azərbaycanda noyabr hadisələri milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

1988-ci ilin noyabrın 17-də başlanan ümumxalq hərəkatı, ölkəmizin 1991-ci ildə müstəqillik qazanması, 2020-ci il isə torpaqlarımızın işğaldan azad olunması ilə öz məqsədinə nail oldu.

Tags

Comments are closed