Bu gün Azərbaycan Rəssamlıq Akademiyasının “Akademik rəngkarlıq və kompozisiya” kafedrasının baş müəllimi, əməkdar rəssam Həsənağa Məmmədovun doğum günüdür.
Həsənağa Məmmədovun hələ gənc yaşlarından sənətə olan dərin marağı və istedadı onu Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə və daha sonra Tiflis Rəssamlıq Akademiyasına gətirmiş, burada aldığı təhsil gələcək yaradıcılıq yolunun əsasını qoymuşdur.
Peşəkar fəaliyyətində Həsənağa Məmmədov Azərbaycan təsviri sənətinə özünəməxsus üslubda əvəzsiz əsərlər bəxş edib. 1992-ci ildən etibarən Türkiyə sənət aləmi ilə sıx əlaqə qurmuş və «Hasan Taşdemir» imzası ilə tanınmışdır. O, Türkiyədə 50-dən çox fərdi sərgi təşkil edərək sənətsevərlərin böyük rəğbətini qazanmış, həmçinin, “İlin sənətçisi” adına layiq görülmüşdür. Həsənağa Məmmədovun əsərləri, həmçinin, Azərbaycan rəssamlıq məktəbinin beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynamışdır.
Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi adından Həsənağa Məmmədovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzu edirik!








Comments are closed