Bu gün XX əsr Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri Güllü Mustafayevanın (1902-1994) doğum günüdür.
Ziyalı ailənin övladı olan Güllü xanım zaman keçdikcə öz sənətini seçmiş və rəssamlığa meyl göstərmişdir. Belə ki, rəsm sənətini dərindən mənimsəyən rəssam xanım 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. Xalq rəssamı yaradıcılığında təsviri sənətin müxtəlif janrlarına müraciət edib. Bir-birindən maraqlı epizodlara malik olan tabloları ilə yanaşı, portret, peyzaj, natürmort kimi digər janrlara da yaradıcılığında yer vermişdir.
Güllü Mustafayeva əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin də portretini yaratmışdır. Portret janrının ustası uşaq portretlərini də eyni dəqiqliklə işləmişdir.
Rəssamlıq sənətinin görkəmli nümayəndəsi, SSR Azərbaycanın əməkdar rəssamı olan Güllü Mustafayeva 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.




Comments are closed