31 oktyabr 2024-cü il tarixində «Plener və impressionizm cərəyanı» adlı metodik seminar keçiriləcək. Metodik seminarda «Təsviri sənət və sənətşünaslıq» fakültəsinin bakalavr və magistr tələbələri çıxış edəcək. Onlar plener, impressionizm cərəyanı, onun nümayəndələri və bu cərəyanın dünya incəsənətində yeri haqqında məlumat verəcəklər. Həmçinin, həmin fakültənin «Qrafika» və «Rəngkarlıq» ixtisaslarının tələbələrinin yay təcrübəsində plenerdə işlədikləri etüdlər də nümayiş olunacaq.
Comments are closed