25 oktyabr Azərbaycan Rəssamlıq Akademiyasında 2024/2025-ci tədris ili üzrə Elmi Şuranın iclası keçirilib.
Elmi Şuranın sədri Xalq rəssamı, professor Natiq Əliyev iclası açıq elan etdi. Gündəlikdə duran məsələlər şura üzvlərinin diqqətinə çatdırıldı.
İlk növbədə ADRA-nın rektoru Natiq Əliyev “Memarlıq” kafedrasının baş müəllimi, ustad memar Malik Babayevi, “Memarlıq və dizayn” fakültəsinin dekanı, dosent Fərhad Əliyevi və “Heykəltəraşlıq” kafedrasının müdiri Sevil Süleymanovanı yubiley ili münasibətilə akademiyanın kollektivi adından təbrik etdi, fəaliyyətində uğurlar arzuladı.
İclasda şuranın gündəliyində nəzərdə tutulan məsələlərlə bağlı müxtəlif təqdimatlar oldu, tədris, qış mövsümünə hazırlıq və akademiyanı əhatə edən digər məsələlərlə bağlı bir sıra müzakirə olundu.
Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərarlar qəbul olundu. İclasın sonunda ADRA-nın rektoru, Elmi Şuranın sədri, Xalq rəssamı, professor Natiq Əliyev Şura üzvlərinə tapşırıq və tövsiyyələrini verdi.



Comments are closed