Sərgidə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan rəssamlarının Türk dünyasının tarixini, adət-ənənələrini və qədim abidələrini əks etdirən tablolar nümayiş etdirilib. Ziyarətçilər üç gün ərzində türk ölkələrindən olan 21 rəssamın əsərləri ilə tanış olub, həmçinin fırça ustaları sərgi məkanında rəsmlər çəkiblər.
Beynəlxalq səviyyəli rəssamların iştirakı ilə keçirilən sərgidə ölkəmizi Azərbaycan Rəssamlıq Akademiyasının “Akademik rəngkarlıq” kafedrasının baş müəllimi, dosent Sübhan Məmmədov və akademiyanın bərpaçı rəssamı Cəlal Ağayev uğurla təmsil edib.
Qeyd edək ki, TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı və rəsm sərgisi 2024-cü ildə qədim Anev (Anau; türkmən əlifbası ilə Änew) şəhərinin (paytaxt Aşqabadın 8-10 km-də yerləşir) “Türk dünyasının mədəniyyət paytaxtı” olmasına və türkmən şairi və mütəfəkkir Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunub.











Comments are closed