Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür.
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin sənədə görə, Azərbaycan SSRİ-dən ayrılaraq müstəqil dövlət elan olunub və 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılıb.
Comments are closed