Bugün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) qarşıdan gələn Konfransı ərəfəsində Azərbaycan Rəssamlıq Akademiyası və Səkkizlik Qrupun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Yaşıl Dünya Naminə Həmrəylik” adlı sərgi keçirildi.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salxab Məmmədov, Xalq rəssamı, akademik Ömər Eldarov, sərginin təşkilində əməyi keçən akademiyanın məzunu Leyla Əzimbəyova çıxış ediblər.

Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Rəssamlıq Akademiyasının keçirdiyi müsabiqə nəticəsində tələbələr 100-dən çox rəsm əsəri təqdim ediblər. Akademiyanın rektoru, Səkkizlik Qrupunun nümayəndələri və Rəssamlıq Akademiyasının professor-müəllimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən müsabiqə əsasında təqdim olunmuş işlərin ümumi sayından 33 rəsm əsəri seçilib.

Q Galery sərgi salonunda Azərbaycan Rəssamlıq Akademiyasının 21 tələbəsinin 33 rəsm əsəri nümayiş olundu.

Bu tədbirin baş sponsoru olan Səkkizlik Qrup tərəfindən müsabiqənin ilk üç finalçısı-

1. yer — Sevinc Gəncəliyeva

2. ⁠yer — Banu Çiçək Əhmədzadə

3. ⁠yer — Fatimə Əliyeva pul mükafatları ilə təltif edildi. Əlavə yeddi iştirakçıya həvəsləndirici pul mükafatı veridi. Bütün iştirakçılara diplomlar təqdim olundu.

2024-cü il oktyabrın 14-dən 17-dək paytaxtdakı QGallerydə keçiriləcək sərginin məqsədi sənət dili ilə tamaşaçının diqqətini təbiətə müdaxilənin acı aqibətinə və ekologiyanın təbiətdən asılılığına yönəltməklə, ətraf aləmdə baş verən dəyişikliklərdə hər kəsin məsuliyyətinin olduğunu bəyan etməkdir.

Tags

Comments are closed