Səfirlikdə incəsənət proqramı çərçivəsində ABŞ səfirliyi, səfirin iqamətgahında sərgilənməsi üçün Amerikadan Azərbaycana on beş yeni incəsənət əsəri gətirib. Amerika incəsənətini müxtəlif ölkələrdə yerləşən səfirliklərdə nümayiş etdirməklə, biz Amerikanın yaradıcılığınl və müxtəlifliyini vurğulayırıq. Eyni zamanda, incəsənətin insanları və mədəniyyətləri arasında təmasın yaranmasına xidmət edən ümumdünya bir dil olduğunu tanıyırıq.
Sözügedən tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasını Beynəlxalq mübadilə və əcnəbi tələbələrin tədrisi şöbəsinin müdiri Afaq Hüseynova təmsil edib.
Onu da nəzərinizə çatdıraq ki, 2024-2025-ci tədris ilindən ABŞ səfirliyi və Akademiyanın Beynəlxalq mübadilə və əcnəbi tələbələrin tədrisi şöbəsi birgə olaraq Foolbright Təqaüd proqramını həyata keçirəcəkdir.








Comments are closed