Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edərək, geniş nitq söyləyib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxış ediblər.

Çıxışlardan sonra Prezident İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılışını edib.

Azərbaycan Prezidenti abidənin önünə gül dəstəsi qoyub.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, heykəlin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının “Memarlıq” kafedrasının baş müəllimi Malik Babayevdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 30 noyabr 2021-ci il tarixli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olmuşdur.

Tags

Comments are closed