Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) təşkilatçılığı, və Muzey Mərkəzinin dəstəyi ilə “Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi” adlı sərgi açılıb.

Sərgidə Azərbaycan rəssamlarının müasir abstrakt incəsənət nümunələri nəhəng müxtəlif vizual formalarda nümayiş olunur.

Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyevin, beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Salxab Məmmədovun, həmçinin yaradıcılığı tamamilə abstraksiyaya həsr olunmuş rəssamlar Mir Nadir Zeynalov, Hüseyn Haqverdinin, abstrakt incəsənət sahəsində eksperimentlər aparan Kamal Əhməd, Gennadi Brijatyuk və Ucal Haqverdiyev kimi sənətkarların işlərinə yer verilib.

“Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi” sərgisi sentyabrın 30-dək Muzey Mərkəzinin sərgi qalereyasında davam edəcək.

Tags

Comments are closed