Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli, müvafiq Sərancamı ilə hər il 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Azərbaycan Rəssamlıq Akademiyası 44 günlük Vətən müharibəsi zamanı tarix yazan, qürur mənbəyimiz qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Comments are closed