Bu gün Xalq rəssamı, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, Rusiya Bədaye Akademiyasının fəxri akademiki, Azərbaycan Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Fuad Salayevin doğum günüdür.
Fuad Salayevin mövzu və janr zənginliyi ilə seçilən yaradıcılığında dəzgah və monumental heykəltəraşlıq əsərləri xüsusi yer tutur. Bu mənada görkəmli heykəltəraşın “Meditasiya”, “Tarazlıq”, “Qıl körpüsü”, “Qarabağlı Məmməd”, “Xəyyam Mirzəzadənin portreti”, “Ziyalının portreti” kimi dəzgah, “Ümummilli lider Heydər Əliyevin abidəsi”, “Rəşid Behbudov”, “Azad Mirzəcanzadə”, “Səyyah”, “Qalib”, “Akrobatik konstruksiya” və s. monumental heykəltəraşlıq əsərlərinin adlarını vurğulamaq olar.
Qeyd edək ki, Fuad Salayevin əsərləri 1962-ci ildən respublika və beynəlxalq əhəmiyyətli sərgilərdə uğurla nümayiş olunur.
Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi görkəmli sənətkar Fuad Salayevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayır.
Comments are closed