Bu gün Azərbaycan Rəssamlıq Akademiyasının “Memarlıq və dizayn” fakültəsinin dekanı, dosent Fərhad Əliyevin doğum günüdür.

Fərhad Əliyev 1974-1979-cu illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Bədii konstruktivləşdirmə” ixtisası üzrə təhsil almışdır.

1981-ci ildən SSRİ Rəssamlar İttifaqının “Qrafika” bölməsinin üzvüdür.

O, 1995-ci ildən ADMİU-da “Qrafika” kafedrasında müəllim vəzifəsində pedaqoji fəaliyyətə başlamışdır. 2001-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının “Dizayn” kafedrasında baş müəllim, həmən il “Memarlıq və Dizayn” fakültəsində dekan müavini və 2003-cü ildən bu günədək dekan vəzifəsində çalışır.

Fərhad Əliyev “Birlik”, “Bol məhsul”, “Meşə mənzərəsi”, “Natürmort”, “İçəri şəhər”, “Köhnə şəhər”, “Müstəqil Azərbaycan”, “Qız portreti”, və digər rəngkarlıq, qrafika, plokat, monumental rəngkarlıq, plokat əsərlərinin müəllifidir.

Eyni zamanda, qeyd etmək istərdik ki, Fərhad Əliyev Azərbaycan SSR Xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində çalışmış Baba Əliyevin oğludur.

“Memarlıq və dizayn” fakültəsinin dekanı, dosent Fərhad Əliyevi 70 illik yubileyi münasibətilə Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi adından səmimi qəlbdən təbrik edir, ona uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Tags

Comments are closed