Bu gün — 20 sentyabr tarixində COP29 ərəfəsində “Baku Steel Company” QSC (BSC) və “QGallery” təşkilatçılığı, ADRA-nın dəstəyi ilə “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpozium təşkil edilib.

Simpoziumda ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Salxab Məmmədov, ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə, ADRA-nın nəzdində incəsənət kollecinin direktoru Elşad Əhmədov və ADRA-nın tələbələri iştirak ediblər.

Simpoziumun təşkilində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirməkdir.

Bu beynəlxalq layihə qlobal ekoloji çağırışlar kontekstində incəsənət və sənayenin qarşılıqlı əlaqəsinə yeni baxış təklif edir. “Baku Steel Art” rəssamları metaldan istifadə edərək, ondan heykəllər düzəldəcəklər.

“Baku Steel Art 2024” sərgisində 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan) rəssamlar iştirak edir.

Sərgi 30 sentyabr tarixinədək davam edəcəkdir.

Tags

Comments are closed