ADRA-nın müəllimi Zinaida Mirzəzadə Almaniyanın Berlin şəhərində keçirilən Beynəlxalq rəsm müsabiqəsində “Şəhər ulduzu” sərgisində üç nominasiyası üzrə iştirak edib. Rəssam qrafika, dekorativ tətbiqi sənət və rəngli qrafika sahələri üzrə müsabiqədə I, II və III yerə layiq görülüb. Həmçinin qızıl medal və diplomlarla təltif olub.

Qeyd edək ki, 70 ölkədən 2 mindən artıq rəssamın iştrak etdiyi müsabiqəyə Zinaida Mirzəzadə “Üçüncü göz”, “Otto Fon Bismark” və “Mənim yolum” adlı işləri ilə qatılıb.

Eyni zamanda ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev dünya mədəniyyəti və incəsənətinə verdiyi töhfəyə görə münsiflər heyəti tərəfindən diploma layiq görülüb.

Tags

Comments are closed