Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili üzrə ilk dərs günüdür. Bu münasibətlə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Akt zalında I Kurs tələbələri ilə görüş keçirilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev tələbələri əlamətdar gün münasibətilə təbrik edib. Bu gün gənclərin həyatında yeni bir mərhələnin başladığını vurğulayan rektor, bu ali təhsil ocağının rəhbər və müəllim heyətinin onların təkcə bilik və bacarıqlarında deyil, yaradıcı şəxs olaraq formalaşmalarında da dəstək olacağını vurğulayıb.

ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov, ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə, ADRA-nın tədris işləri üzrə prorektoru, s.ü.f.d., dosent Afət Aslanova çıxış edərək tələbələri təbrik edib, təhsildə və tələbə həyatında onlara uğurlar arzulayıblar. Eyni zamanda tələbələrin savadlı, dövlətimizə layiqli vətəndaş, peşəkar mütəxəssis və ixtisaslı kadr kimi yetişmələrinin vacibliyini vurğulayıblar.

Tələbələr öz növbəsində yaradılan şəraitə görə ADRA rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tags

Comments are closed