Aydın Rzaquliyev 1969-1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1976-1981-ci illərdə Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunda təhsil almışdır.
Aydın Rzaquliyev müxtəlif dövrlərdə ADRA-nın nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində və daha sonra ADRA-nın Dekorativ Tətbiqi Sənət fakültəsinin Bədii keramika, şüşə və metal kafedrasında müəllim kimi çalışmışdır. O, bir çox sərgilərdə iştirak etmişdir və maraqlı keramika əsərləri ilə tanınmışdır.
ADRA kollektivi olaraq Aydın Rzaquliyevin vəfatından dərin kədərləndiyimizi bildirir, ailəsinə hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Comments are closed