1994-cü ildən başlayaraq bu günə kimi o, “Ekologiya”, “Tarixi abidələrin qorunması”, “Paylaşma”, “Biz səni dirçəldəcəyik”, “Novruz”, “Sosial və siyası problemlər” mövzuları üzrə işlədiyi plakatlarda öz dəst-xətti ilə göstərdiyi problemləri həll edib, respublika və beynəlxalq sərgi-müsabiqələrin qalibi və mükafatçısı olmuşdur. 1996-ci ildən bu günə kimi reklam və dizayn sahəsində fəaliyyət göstərir. Bu illər ərzində o, çoxsaylı sərgilərdə öz layihələri ilə iştirak etmişdir.

Ülvi Abdullayev tədris etdiyi fənlər bakalavr pilləsi üzrə “Tədris yaradıcılıq və istehsalat təcrübəsi (Qrafik dizayn)” proqram, “Sənaye dizaynda layihələndirmə” və “Sənaye dizaynda maketləşdirmə” sillabus tərtib etmişdir. “Sərgi stendinin tərtibatı” adlı metodik vəsaitin müəllifidir.

1996-ci ildən Azərbaycan Dizaynerlər İttifaqının, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Tags

Comments are closed