O, ilk əmək fəaliyyətinə 1998-ci ildə ADMİU-da başlamışdır. 2001-ci il ADRA yaranandan Kəmalə xanım ilk işçilərdən biri kimi fəaliyyətini bu ali təhsil müəssisəsində davam etmişdir. O, burada Tədris şöbəsinin metodisti, 2013-cü ildən Təsviri sənət fakültəsinin dekan müavini vəzifələrində çalışmış, 2015-ci ildən Qeydiyyat Monitorinq və Məzun Mərkəzinin müdiri vəzifəsini icra edir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Kəmalə İslamova bir çox elmi məqalələrin müəllifidir.

ADRA-nın kollektivi adından Kəmalə İslamovanı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

Tags

Comments are closed