Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Qurbanova Firəngiz Ağa Dadaş qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Qeyd edək ki, Əməkdar İncəsənət xadimi Firəngiz Qurbanova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, “Birlik” animasiya studiyasının rəhbəridir.
O, “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Gümüşü furqon”, “Ad günü” və s. bədii filmlərin quruluşçu rəssamıdır.
Xatırladaq ki, Firəngiz Qurbanova aktyor Ağadadaş Qurbanovun qızı, mərhum Xalq artisti Gülşən Qurbanovanın bacısıdır.
Comments are closed