ADRA-nın “Qrafika” ixtisasının məzunu Yaylagül Ramazanova “Paris — 2024” Yay Olimpiya Oyunlarında kamandan oxatma yarışı üzrə ölkəmizi ilk dəfə olaraq təmsil edib.

Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla qarşılaşıb və 6:5 hesabı ilə qalib gəlib. Bu möhtəşəm qalibiyyətlə o, növbəti mərhələyə vəsiqə qazanıb.

Növbəti mərhələdə, 1/16 finalda, Yaylagül almaniyalı Mişel Kroppenlə üz-üzə gəlib. Tokio Olimpiadasının bürünc medalçısı, dünya və Avropa çempionu olan rəqibi ilə gərgin mübarizədən sonra Olimpiada ilə vidalaşıb.

Yaylagül Ramazanovaya bundan sonrakı idman karyerasında və sənət yolunda uğurlar arzulayırıq! Onun əldə etdiyi nailiyyətlər bizə böyük qürur verir və gələcəkdə daha böyük uğurlara imza atacağına inanırıq.

Qeyd edək ki, Yaylagül Ramazanova 2011-2015-ci illərdə Azərbaycan Dövlət Rəssanlıq Akademiyasında Dövlət sifarişi əsasında təhsil alıb.

Tags

Comments are closed