1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan M.Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirir.
M.Rəhmanzadənin “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt-Rustavi” və s. əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş etdirilib.
İstedadlı rəssam öz əsərlərində doğma diyarın misilsiz gözəlliyini — əzəmətli Naxçıvan dağlarını, bol-bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib. Rəssam qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.
Maral Rəhmanzadə M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların da müəllifidir.
“Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.
Xalq Rəssamı M.Rəhmanzadə 2008-ci il martın 18-də vəfat edib.
Comments are closed