Qəzetin yaranması görkəmli maarifçi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. O, qəzetin nəşrinə böyük çətinliklə icazə almış, İstanbuldan ərəb qrafikalı mətbəə şriftləri gətirtmişdir. Qəzetin ilk nömrəsi onun redaktorluğu ilə 1875-ci il iyulun 22-də Bakıda qubernator mətbəəsində nəşr edilir və bununla da milli mətbuatımızın əsası qoyulur. Qəzetin ümumilikdə 56 sayı işıq üzü görür.
İlk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün — iyulun 22-si Azərbaycanda “Mətbuat Günü” kimi qeyd edilir.
Comments are closed