Azərbaycanda şahmatın böyük inkişaf yolu var.

Qədim zamanlardan ölkəmizdə bu intellektual növ üzrə böyük şahmatçılar yetişib. Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahilər öz şeirlərində şahmatı tərənnüm edərək oyun haqqında mənalı, çox dərin fikirlər söyləyiblər. Azərbaycan rəssamları da təsviri incəsənət əsərlərində şahmat mövzusuna yaradıcılıqlarında xüsusi yer veriblər.

Müasir müstəqil Azərbaycanda şahmat ən populyar idman növlərindən biri sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” Sərəncamına uyğun olaraq şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkədə şahmatın və onun infrastrukturlarının daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasını təmin etmək, ölkəmizin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılması üçün əməli addımlar atılır.

Tags

Comments are closed