Asif Azərelli 1983-1984-cü illərdə UNESCO tərəfindən təşkil olunan beynəlxalq sərginin iştirakçısı olub.
Tanınmış rəssam Qarabağ hadisələri ilə bağlı silsilə əsərlərin müəllifidir. Hansı ki, bu əsərlərdə xalqımızın başına gətirilən dəhşətləri təxəyyülünün və fırçasının gücüylə tamaşaçılara çatdırır. Asif Azərellinin Qarabağ mövzusunda yaratdığı tablolardan biri Xocalı soyqırımına həsr olunmuş sərgi-müsabiqədə ilk yeri tutub. İrihəcmli “Cıdır düzü” əsəri insanı xəyalla gerçəklik arasında qoyur.
Rəssamın yaradıcılığında portret janrı xüsusi yer tutur. Ən məşhur əsərlərindən biri “Dədə Qorqud” portretidir.
Asif Azərellinin əsərləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilən sәrgilәrdә nümayiş etdirilib.
Görkəmli rəssam 4 sentyabr 2022-ci ildə vəfat edib.
Comments are closed