Bu gün Azərbaycan heykəltəraşlığının görkəmli nümayəndələrindən biri Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət Mükafatı laureatı, Xalq rəssamı Tokay Məmmədovun doğum günüdür.
İ. Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirən, heykəltəraş, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri olmuşdur.
Heykəltəraşlığın müxtəlif janrlarında istər monumental abidə, portret, büst, istərsə də barelyef və s. əsərlər yaradıb.
T.Məmmədovun ilk əsərləri — “Bakı komissarları”nın, “Partizan Mixaylo”, “S.Vurğunun portreti”, “Nizami Gəncəvi»”və digərləri dinamikliyi, ifadəliliyi, plastik formaların orijinallığı ilə fərqlənir.
Monumental heykəltəraşlıq T.Məmmədovun yaradıcılığında mühüm yer tutur. Belə ki, Ü.Hacıbəyovun , M.Füzulinin (Ö.Eldarovla birgə), M.Əzizbəyovun (), İ.Nəsiminin (İ.Zeynalovla birgə — ) və b. plastik ahəngdarlığı, obrazın psixoloji vəziyyətinə münasib forma seçilməsi baxımından Azərbaycan heykəltəraşlığının ən yaxşı nümunələrindəndir.
Tokay Məmmədov 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının professoru olmuşdur.
Comments are closed