2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası gənclərin bacarıqlarının inkişafına sərmayə qoyulmasının vacibliyini, eləcə də gənclərin işsizlik problemlərinin həlli üçün sosial-iqtisadi şəraitin yaxşılaşdırılmasına diqqəti artırmaq məqsədilə “Dünya Gənclərinin Bacarıqları Günü”nün təsis edilməsinə qərar verib.
Gənclərin gələcək uğurları üçün təhsilin və peşə təlimlərinin rolu əvəzolunmazdır. Təhsil gənclərə lazımi bilik və bacarıqları qazandırmaqla yanaşı, onların yaradıcılıq potensialını da artırır.
Gənclərin bacarıqlarının inkişafı, davamlı və inklüziv iqtisadi inkişaf üçün vacibdir. Gənclərə dəstək olmaq, onların gələcəkdə lider və dəyişiklik yaradan şəxsiyyətlər kimi yetişməsini təmin edir.
ADRA-da təhsil alan hər bir gənc gələcəyimizin parlaq ulduzlarıdır və cəmiyyətimizin inkişafında mühüm rol oynayırlar. Biz də bu gün münasibətilə bütün bacarıqlı gənclərimizi ürəkdən təbrik edirik!
Comments are closed