Lalə Abdullayeva bir sıra elmi məqalələrin, metodik vəsait və yaradıcılıq işlərinin müəllifidir.
Rəssam müəllifi olduğu “Ekologiya”, “Tarixi abidələrin qorunması”, “Novruz”, “Sosial və siyasi problemlər” mövzuları üzrə işlədiyi plakatlarda özünəməxsus yaradıcılıq üslubu ilə mövzuya münasibət bildirib.
Lalə Abdullayeva bolonya sisteminə keçidlə əlaqədar olaraq “Şriftin əsasları”, “Qrafik dizaynda layihələndirmə”, “Qrafik dizaynda maketləşdirmə” və digər proqramların müəllifidir. Həmçinin, rəssam pedaqoji fəaliyyətlə geniş şəkildə məşğuldur və tələbələrə bu sahədə əhəmiyyətli töhfələr verir. Müəllifin “Azərbaycanda qrafik dizaynın inkişafı və təsiri”, “Şəhər reklamının inkişafı”, “Qrafik dizaynda firma üslubu” və digər metodik vəsaitləri də nəşr olunmuşdur. Lalə Abdullayeva dəfələrlə 1994-2002-ci illərdə «Unocal Khazar»ın təşkil etdiyi ənənəvi milli plakat müsabiqəsinin dəfələrlə iştirakçısı və qalibi olmuşdur.
Rəssam 1996-cı ildən Azərbaycan Dizaynerlər İttifaqının, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2010-cu ilin yanvar ayından ADRA-da elmi katib vəzifəsində çalışır. 2019-cu ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının elmi katibidir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi Lalə xanım Abdullayevanı yubileyi münasibətilə təbrik edir, ona yaradıcılıq fəaliyyətində davamlı uğurlar arzulayır.



Comments are closed