Heydər Əliyev mərkəzində “SABAHın məzunu 2024” mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri F.Əliyeva, Elm və Təhsil naziri E.Əmrullayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ü.Səttarova, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, professor N.Əliyev təhsildə yüksək göstəriciləri ilə fərqlənən dizayn ixtisasının məzunu Rəşadə Qurbanovaya fəxri məzun diplomunu təqdim edib. Rəsmi nümayəndələr və qonaqlar Rəssamlıq Akademiyasının SABAH tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi ilə tanış olublar.

Bu il SABAH qruplarından 1066 nəfər məzun olur. Onlardan 17 tələbə ADRA SABAH qruplarının məzunudur.

Tags

Comments are closed